İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti tədbirə əlil arabasında gəldi – Fotolar

1841 18.09.2019 16:48 Şou-biznes A A

Xalq artisti Canəli Əkbərov tədbirə əlil arabasında qatılıb. 

Musavat.com xəbər verir ki, xalq artisti Heydər Əliyev Mərkəzində keçirilən “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimində iştirak edib. 

Son vaxtlar səhhətində problem yaranan xanəndə tədbirə əlil arabasında gətirilib. 

Onun yeni fotolarını sosial şəbəkədə  aparıcı Hacı Nuran Hüseynov paylaşıb: “Xalq sənətkarları ilə öyünər, onlarla tanınar... Canəli Əkbərov da öyünəcəyimiz, fəxr edəcəyimiz bir xanəndə, sənətkardır ... Çağdaş muğam sənətinin mogikanı, sənə hər zaman ehtiyac var ... Səni xəstə yatağında deyil, səhnədə görməyə öyrəşmişik biz . Tezliklə, səsinin yenə böyük səhnələrdən, beynəlxalq tədbirlərdən gəlməsi ümidi ilə...” 

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR