İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti intihar edən musiqiçidən danışdı: “Gənc qardaşı öləndən sonra...”

2823 16.03.2018 20:27 Şou-biznes A A

Xalq artisti Gülyanaq Məmmədova ansamblının sintezator ifaçısı Pircan Həsənovun intihar etməsindən danışıb.

Musavat.com saytına açıqlama verən xalq artisti mərhum ilə tələbə yoldaşı olduğunu deyib: “Biz tələbə yoldaşı olmuşuq. Mehriban insan kimi tanıyırdıq. Sonra ansamblımda fəaliyyətə başladı, musiqiçi kimi çox razı idim. Şirindil, zarafatcıl, xeyirxah, ürəyiaçıq dost idi. Kiminsə başına nə isə gəlsə, birinci qaçırdı. Problemindən az da olsa, məlumatlı idim. Danışan, bölüşən şəxs deyildi. Ona görə də ətraflı heç nə bilmirəm. Çünki dərdi ilə dostlarını yormaq istəmirdi.

Bir müddət əvvəl gənc qardaşını avtomobil qəzasında itirdi. Özünə gələ bilmirdi, onun üçün ağır idi. Yeni-yeni toparlanırdı. Heç vaxt düşünməzdim ki, canına qəsd edər. Nə qədər cana doyub ki, özünü öldürüb.  Biz heç vaxt hiss etməmişik ki, özünü öldürər. Psixoloji durumu normal idi. Çünki zarafatından qalan deyildi. Ailəsi ilə danışmamışam. Dünən atamın cümə axşamı idi. Xəbəri orada eşitdim. Mənim üçün ağır oldu. Mənə dedilər ki, yaslı olaraq yasa getmək olmaz. El adətidir. Mən də ona görə gözlədim. Yaxın günlərdə ailəsinə baş çəkəcəyəm”.

1521123614_cb47c4d08d030eb56f03286b18f5feb1.jpg (50 KB)

Mərhum musiqiçinin qardaşı Gülməmməd Həsənov criminal.az saytına açıqlamasında  yaşananları belə nəql edib: ''Ötən ilin yayında Pircanla qonşu Sərman Bağırov arasında mübahisə olmuşdu. Qonşular onları ayıraraq sakitləşdirib, sonra həmin Sərmanın ana-bacısı qardaşımın üstünə gəlib. Onlar Pircana hücum edib, öz həyətlərinə salmaq istəyiblər. Həmin vaxt qaçan Sərman Bağırov sürüşərək yıxılıb və ayağı sınıb. Bunun şahidləri də var. Bundan sonra Sərmanın atası Pircanı polisə verib. Polisdən Pircana barışıq təklif olundu. Biz də həmin ailəyə gedib barışıq təklif etdik. Biz 2000-2500 manat verməyə imkanımız olduğunu dedik. Onlar isə 9000 manat istədilər. Sonra iş məhkəməyə göndərildi. Pircan məhkəməyə özü getsə də, zərərçəkən məhkəməyə gəlməyib. Vəkili deyib ki, guya yataqdadır. Məhkəmədə Pircanı sıxışdırıblar, 2 ildən 8 ilədək həbs cəzası oxuyublar, 26 min manat da pul tələb olunub. Bu məbləğdən 6 mini müalicə xərcləri, yerdə qalanı isə 10 ay işləmədiyinə görə. Deyiblər ki, ola bilsin, sabah həbs ediləcəksən. Məhkəmədən evə qayıdan Pircan dostlarına zəng edərək sabah həbs olunacağını deyib”.

Qeyd edək ki, 44 yaşlı Pircan Həsənov yaşadığı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən evində sirkə turşusu içərək özünü zəhərləyib. O ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR