İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Fidan Qasımova: “Üzeyir bəyin adı bütün dünya tanınmalıdır” - Fotolar

993 18.09.2019 18:42 Mədəniyyət A A

Azərbaycanın və SSR-nin xalq artisti, opera ifaçısı Fidan Qasımova dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü və Milli Musiqi Günü ilə bağlı musavat.com-a danışıb. 

İfaçı qeyd edib ki, Üzeyir bəyin adını bütün dünyaya tanıtmaq lazımdır: “Üzeyir Hacıbəyli Azərbaycanın dahi bəstəkarıdır. Bildiyiniz kimi o təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk operanın banisidir. O, həm də mütəfəkkir, publisist, alimdir. Onun Azərbaycan xalqı üçün göstərdiyi xidmətlər misilsizdir. Mən şəxsən çox xoşbəxtəm ki, Üzeyir Hacıbəyovun  şah əsəri olan “Koroğlu” operasından Nigar obrazını ifa etmişəm. 

Onun bütün əsərləri dünya musiqi mədəniyyətində incidir. Buna görə də bütün dünya onun adını tanımalıdır, tanıtmalıyıq. Çox sevindirici haldır ki, Üzeyir bəyin doğum günü və Milli Musiqi Günü münasibəti ilə ölkəmizdə möhtəşəm festivallar keçirilir. Bu festivallarda həm Üzeyir bəyin həm də digər bəstəkarların əsərləri səslənir”.

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR