İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti dünyasını dəyişdi

3887 06.04.2015 18:35 Ölkə A A
Azərbaycanın tanınmış bəstəkarı dünyasını dəyişib.

Bəstəkarlar İttifaqından verilən məlumata görə xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, aprelin 3-də Nəriman Məmmədov insult keçirtmişdi. Həmin gündən bəri tanınmış bəstəkar nə danışa, nə də qidalana bilirdi.

Xalq artisti ilə vida mərasimi sabah saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq.

Nəriman Məmmədov II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvanda doğulub.
Onun “Humay”, “Şeyx Sənan” baletləri, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyaları, yeddi simfoniya və bir neçə simfonik poemanı yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR