İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti bu küçədə yaşayırmış: “Şuşa, darıxma, gözlə, gəlirik”

1522 16.10.2020 12:35 Sosial A A

Rusiyanın “TASS” agentliyi Xankəndindən sonra ermənilərin Şuşanı da boşaltdığını yazıb və Şuşadan foto paylaşıb.

Musavat.com xəbər verir ki, sözügedən fotonu Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə paylaşaraq “Şuşadakı məhəlləmiz. İndi bizim evi də, məhəlləmizi də darmadağın edib vicdansızlar. Məhəlləmiz bizsiz darıxıb” sözlərini yazıb.

Sənəçinin bacısı Nərgiz Mütəllimova isə “Şuşadakı Ağacbulaq məhəlləmiz – üzbəüz qonşularımızın evləridir. O qədər daşların üstündə oturub söhbət etmişik. Şuşa, darıxma, gözlə, gəlirik!”, - deyə fikirlərini ifadə edib.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR