İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti: “Ayıb deyil?! Ramiz Novruzun dəfni bu cür gizli keçirilməməli idi”

2226 21.02.2023 15:32 Mədəniyyət A A

“Sovet dövründə adicə əməkdar artist dünyasını dəyişəndə belə onu Akademik Milli Dram Teatrının səhnəsindən və yaxud kiçik formada aktyorlar evindən götürürdülər. Yəni, dövlət aktyorun, sənətin qədrini bilirdi, sənətin qiymətini bilənləri dəyərləndirirdi. Amma indi elə bil dünya heç bunların vecinə deyil”.

Bu sözləri Xalq artisti Əli Nur həmkarı Ramiz Novruzun vəfatı ilə bağlı Musavat.com-a açıqlamasında deyib. Xalq artisti qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən Ramiz Novruzun dəfni heç də layiqli şəkildə təşkil olunmayıb:

WhatsApp Image 2023-02-21 at 15.53.17.jpeg (116 KB)

“Təsəvvür edin, saat 4 radələridir, bizə hələ indi dəfnə toplaşmışıq. Bu məsələ əvvəldən layiqli şəkildə təşkil olunmalı, Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil. O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Onlar Azərbaycan mədəniyyətinin ideologiyası, tribunasıdır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli, mədəniyyət nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”

WhatsApp Image 2023-02-21 at 15.52.58.jpeg (125 KB)

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ramiz Novruz ötən gecə 67 yaşında dünyasını dəyişib. Aktyorun oğlu Cavidan Novruz jurnalistlərə açıqlamasında atasının 2-ci Fəxri Xiyabanda dəfn ediləcəyini desə də, Mədəniyyət Nazirliyi açıqlama yayaraq, Xalq artistinin “Qurd qapısı” qəbiristanlığında dəfn olunacağını açıqlayıb.

Xalidə Gəray
Müsavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR