İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisitinin nəşi tibbi ekspertizaya aparıldı - yenilənib

12702 25.02.2016 14:45 Son xəbər A A
Xəbər verildiyi kimi, bu gün səhər Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
Hazırda mərhumun evinin önündə olan əməkdaşımız xəbər verir ki, xalq artisti səhər saatlarında ürəktutmasından vəfat edib. Halı pisləşən İ.Quliyevanın son sözü o olub ki, Əli Mirəliyevi və qızını onun yanına çağırsınlar. Bu barədə jurnalistlərə müğənni Əli Mirəliyev deyib.

Qeyd edək ki, Əli Mirəliyev İlhamə Quliyevanın dayısı oğludur.

Televiziya aparıcı Elgiz Əkbər İlhamə Quliyevanın yanına jurnalistlərin buraxılmamasına etiraz edib: "Birinci dəfə görürəm ki, yas yerinə jurnalistlər buraxılmır, bu qədər polis var. Bu da bizdə şübhə doğurur. İnsan əcəli ilə ölübsə, imkan versinlər yanına gedək. İlhamə vəsiyyət etdi. Dedi ki, anamın üzərinə salınan qırmızı yaylığı üstümə örtərsiniz və mümkünsə, məni tabutda basdırın".

Əməkdaşımızın verdiyi xəbərə görə, xalq artisitinin nəşi tibbi ekspertizaya aparılıb.


 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR