İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xaliq Faiqoğlu" şirkətinin başı dərddə - Ödənməyən vergi borcları, məhkəmələr…

1144 05.04.2022 13:27 Ölkə A A

“Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) mətbuatda bir çox qalmaqallı məsələlərdə adı keçən "Xaliq Faiqoğlu" şirkətini məhkəməyə verib. Bundan başqa, "Xaliq Faiqoğlu" şirkətinin külli miqdarda vergi borcu da üzə çıxıb.

Musavat.com xəbər verir ki, buna səbəb "Xaliq Faiqoğlu" şirkətinin müqavilə öhdəliyini yerinə yetirməməsidir.

“Azerfon” müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün məhkəməyə üz tutub. İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Azerfon” Azərbaycanda mobil rabitə xidmətləri göstərir. "Xaliq Faiqoğlu" isə ölkədə bir çox marşrut xətlərinin daxil olduğu əsas MMC-lərdən biridir.

Maraqlıdır ki, "Xaliq Faiqoğlu" şirkətinin uzun müddətdir vergiyə ödənməyən külli miqdarda borcu da var. Məlum olub ki, şirkətin 75 min manatdan çox ödənilməyən vergi borcu var və buna görə də məhkəmə çəkişməsi davam edir.

Bildirək ki, "Xaliq Faiqoğlu" şirkətinin faktiki rəhbəri Faiq Seyidovdur. Şirkət rəhbərinin adı mətbuata oğlunun törətdiyi qəza ilə də tanışdır. Faiq Seyidovun oğlu Xaliq Seyidovun Binəqədi rayonu ərazisində törətdiyi qəzanın gizlədilməsi ilə bağlı yazılar dərc edilirdi.

Bundan başqa, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında yaranan mülk davası da geniş müzakirələrə səbəb olmuşdu.

Azad Xanməmmədov 2 min kvadrat metr sahəsi olan obyektləri həm də “Safa Holdinq”in sahibi olan Faiq Seyidova icarəyə verdiyini, pulu ala bilmədiyini deyirdi. Azad Xanməmmədov mühafizəçilərlə holdinqə gedərək ictimai asayişi pozmuşdu. Buna görə də o və bir neçə mühafizəçi həbs edilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR