İnsanlara hürriyət, millətlərə istiqlal!

Xadimənin lift altında qalaraq ölməsinə görə həbs edilənlərə hökm oxundu

480 18.03.2019 16:25 Kriminal A A

Xadimənin lift altında qalaraq ölməsinə görə həbs edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan adam ölümünə səbəb olmaqda ittiham edilən Sultanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim İradə Həsənzadənin sədrlik etdiyi məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən S.Əzizov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan Ç.Şıxəliyev barəsində isə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib.

Xatırladaq ki, ötən il oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinənin 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə digər təqsirləndirilən şəxs isə Çingiz Şıxəliyevdir. O, hazırda polis nəzarətindədir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR