İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda narkotik vasitənin satışında şübhəli bilinən şəxs saxlanılıb

347 08.01.2020 09:25 Kriminal A A

Xaçmazda narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Musavat.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Çingiz Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.

Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR