İnsanlara hürriyət, millətlərə istiqlal!

Xabi Alonso: “Bizi çətin rəqibin gözlədiyini bilirdik”

1005 08.03.2024 01:51 İdman A A

“Bizi çətin rəqibin gözlədiyini bilirdik”.

Lent.az xəbər verir ki, bu sözləri Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, matç gərgin və çətin keçib.

“İlk hissə bizim üçün çətin keçdi. Bugünkü oyunda çox güclü bir rəqib gördük. Əsas olan komandamın yaxşı və dinamik oynaması idi. Əlbəttə ki, bu futboldur, hər şey ola bilər. İlk hissə çətin keçsə də, ikinci hissədə bərpa olunmağa çalışdıq. Cavab matçında isə səhvləri təkrarlamamağa çalışacağıq”.

Xabi Alonso həmçinin bildirib ki, Azərbaycan futbolu dedikdə onun ağlına birinci “Qarabağ” gəlir:

"Qarabağ"ın güclü kollektivi var. Onlar uzun müddət avrokubokda çıxış edirlər. Çempionlar Liqasında "Atletiko" ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR