İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda baş verən müəmmalı qəzada yerli sakin yaralanıb

777 17.10.2016 09:56 Hadisə A A
Xaçmaz rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə zamanı Xaçmaz rayonu, Sabiroba kənd sakini, 1994-cü il təvəllüdlü, Şahzadə Sənan Nüsrət oğlu ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, S.Şahzadəyə qapalı kəllə beyin travması, baş beyinin əzilməsi travması diaqnozu qoyulub: "Xəstənin vəziyyəti ağır olduğundan Bakı şəhərindən həkim briqadası çağırılıb".

Qəzanın baş verməsi barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR