İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! - Bu tarixdən bəzi telefonlarda işləməyəcək

1919 07.09.2022 11:30 Texnologiya A A

Cari ilin oktyabr ayından etibarən məşhur vatsap messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.

Musavat.com “Report”a istinadən xəbər verir ki, “iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb.

Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR