İnsanlara hürriyət, millətlərə istiqlal!

Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

1611 29.03.2019 03:00 Son xəbər A A

Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyan arasında görüş başlayıb.

ONA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan özünün "twitter" səhifəsində yazıb.

Qeyd edək ki sabah Vyanda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriçəcək.

***

Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR