İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vur, qır səngəri, Azərbaycan əsgəri”- Şəhidlər Xiyabanında izdiham (FOTOLAR, VİDEO)

4299 06.04.2016 14:13 Ölkə A A


Şəhidlər Xiyabanında düşmənlə döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsini yad etmək üçün anım yürüşü keçirilib.

Musavat.com xəbər verir ki, anım yürüşündə müxtəlif təşkilatların üzvləri, tələbələr iştirak edib.

Şəhidlər Xiyabanına toplaşan minlərlə insan ilk olaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

"Vur, qır səngəri, Azərbaycan əsgəri" şüarları səsləndirən gənclər şəhidlərin məzarını ziyarət etdikdən sonra Azərbaycan Respublikasının dövlət himnini, daha sonra isə “Əsgər marşı”nı oxuyublar.

İ.Muradov
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR