Volqoqradda ölən və yaralananlar arasında azərbaycanlılar olmayıb
Bu gün Rusiya Federasiyasının Volqoqrad şəhər vağzalında baş vermiş terror hadisəsi zamanı ölən və yaralananlar arasında azərbaycanlılar olmayıb.
Bu informasiyanı ANS PRESS-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad vilayət bölməsinin sədri Teymur Həsənov bildirib.
Xatırladaq ki, Volqoqrad vağzalında baş vermiş partlayış nəticəsində 18 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb. Polis artıq partlayış törətmiş kamikadzenin şəxsiyyətini müəyyən edib. Versiyalardan birinə görə, terroru Dağıstan sakini Oksana Aslanova törədə bilər.






