İnsanlara hürriyət, millətlərə istiqlal!

Voleybolçu qadınlar arasında Avropa çempionatının ilk yarımfinalçıları müəyyənləşib

1084 29.09.2017 02:51 İdman A A

Voleybolçu qadınlar arasında Avropa çempionatının ilk iki yarımfinalçısı müəyyənləşib.

 

"Report"un məlumatına görə, bunlar Hollandiya və Serbiya milliləridir. Hollandiya 1/4 finalda İtaliyanı (25:17, 25:20, 25:13), Serbiya isə Belarusu (25:19, 25:12, 25:14) yenib. Onların yarımfinaldakı rəqibləri bu gün müəyyənləşəcək. Azərbaycan - Almaniya görüşünün qalibi Hollandiya, Rusiya - Türkiyə qarşılaşmasının qalibi Serbiya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, oyunlar Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan Almaniyanı saat 18:00-da, Rusiya Türkiyəni saat 20:30-da sınağa çəkəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR