İnsanlara hürriyət, millətlərə istiqlal!

Voleybol millimiz tay-brekdə uduzdu - FOTOLAR

2554 14.06.2015 20:47 İdman A A
Bu gün Bakı-2015 I Avropa Oyunlarında kişi voleybolçular mübarizəyə başladılar.

Musavat.com saytının məlumatına görə, “Kristal Zal”da keçirilən yarışın iki qrupunda ümumi olaraq 6 görüş baş tutacaq.
 
Avropa Oyunlarında kişi voleybolçuların yarışına B qrupunda ilk oyun Slovakiya – İtaliya qarşılaşması oldu. Slovakiya 3:1 hesabı ilə qazanan tərəf oldu. 

A qrupunda yer alan Azərbaycan yığması isə hazırda Bülənt Karslıoğlunun rəhbərliyi altında ilk rəsmi matçını Finlandiya voleybolçularına qarşı keçirir. İlk setdə hesab hələ ki, başa-baş gedir.

Milli komandamız ilk seti 25:20, ikinci hissəni isə 25:21 qazandı. Amma sonra komandamız geriləməyə başladı. İlk olaraq 3-cü setdə 18:25 hesabı ilə məğlub oldu. Və bununla da milli komandamız ruhdan düşdü və matçı 2:3 hesabı ilə uduzdu. 

Azərbaycan – Finlandiya - 2:3 (25:22, 25:21, 18:25, 18:25, 13:15)

Məhəmməd Türkmən
Fotolar müəllifindir
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR