Ukraynada Prezident Vladimir Zelenskinin rəhbərliyi ilə koronavirusla mübarizəyə qarşı qərargah yaradılıb. AZƏRTAC xəbər verir ki, qərargah artıq oktyabrın 29-dan rəsmi fəaliyyətə başlayıb.
Qərargah Ukraynada koronavirusla mübarizəni gücləndirmək məqsədilə xüsusi tədbirlər həyata keçirəcək, kütləvi test aparılacaq, xüsusi təyinatlı xəstəxanaların sayını artıracaq.
Qeyd edək ki, Ukraynada artıq gündəlik koronavirusa yoluxma sayı 6-8 min arası dəyişir, ölüm faktı isə 100-200 arasındadır. Hazırda ölkədə 371 minə yaxın insan koronavirusa yoluxub, 7 minə yaxın insan bu virusdan dünyasını dəyişib.






