Ukrayna prezidenti Vladimir Zelenski Beynəlxalq Qırmızı Xaç komitəsindən kəskin narazlığını ifadə edib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, ölkə lideri “Qırmızı Xaç”ın insanların evakuasiyasını həyata keçirən maşınların üzərində komitənin embleminin vurulmasına icazə vermədiyini söyləyib.
“Bilirsiniz, Qırmızı Xaç Komitəsindən mənə nə dedilər?. Onlar bizə emblemlərinin maşınlarda istifadəsinə qadağa qoydular. Halbuki həmin maşınlar humanitar missiyanı yerinə yetirirlər. Sanki həmin emblem onların mülkiyyətidir. Özü də bunu nümayişkaranə surətdə bildirirlər. Bu bir çox mətləbdən xəbər verir. Görünür, bəzi nüfuzlu adamlar ukraynalıların üzərinə çoxdan xaç çəkiblər”, - deyə Vladimir Zelenski qəzəblə danışıb.
Musavat.com






