İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Zelenski 26 fevralı “Krımın işğalına qarşı müqavimət günü” elan etdi

368 26.02.2020 16:47 Dünya A A

Ukrayna bu ildən 26 fevral tarixini “Krımın və Sevastopolun işğalına qarşı müqavimət günü” kimi qeyd edəcək.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski “Age of Crimea” forumunda çıxış edərkən bildirib: “Bu gün, 6 il öncə Simferopolda dövlətimizin bütövlüyü və vəhdəti uğrunda ən böyük mitinq keçirilib. Həmin mitinqin iştirakçıların cəsarət və qəhrəmanlığını qeyd edərək mən “Kırm Muxtar Respublikası və Sevastopol şəhərinin işğalına qarşı müqaviət günü” haqqında fərman imzaladım. Krımın geri qaytarılması sadəcə bir prezidentin və ya Ukrayna xalqının arzusu və ya xəyalı deyil. Bu planetimizin təhlükəsizliyinin girovu, beynəlxalq münasibətlərin yenidən beynəlxaq hüquq və ədalət zəmininə qaytarılmasına olan inamın bərpasıdır”.

Ukrayna lideri Krımın qaytarılmasının dövlətin milli ideyasının tərkib hissəsinə çevrildiyini vurğulayıb: “6 il əvvəl Rusiya Krımı işğal edən zaman biz başa düşdük ki, memorandumlar heç bir işə yaramır. Beynəlxalq hüquq sistemi və dünya təhlükəsizliyi isə olduqca natamam və zəifdir. Biz Donbasdakı savaşın bitməsi üçün gecə-gündüz çalışırıq. Lakin bu o demək deyil ki,  Krım artıq Ukraynaın gündəmindən düşüb. Bir gün yenidən orada öz bayrağımızı asacağıq. Olduqca çətin vəzifədir və tezliklə həll olunan məsələ deyil. Lakin indidən artıq bəzi işlər görülməlidir”.

Onun sözlərinə görə, dövlət Krım qeydiyyatına malik insanlara, habelə orada Ukrayna uğrunda vuruşan və hazırda Rusiya həbsxanalarında saxlanılan siyasi dustaqlara yardım göstərəcək.

Xatırladaq ki, Vladimir Zelenskinin bəhs etdiyi mitinqdə əsasən Krım tatar türkləri iştirak ediblər. Rusiya hakimiyyəti indinin özündə də onlara qarşı milli ayrı-seçkilik siyasəti yürütməkdə və repressiyalar tətbiq etməkdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR