“Həm Rusiya, həm də Çinin Asiya-Avropa kimi nəhəng məkandakı layihələri qitə və dəniz təcrübəsinə əsaslanan bir arzunu ifadə edir. Əgər Rusiya daxili bazarını Avropa Birliyinin yayılmasından qorumaq istəyirsə, Çin tam əksinə, orada öz hakimiyyətini qurmaq istəyir”.
Musavat.com xəbər verir ki, bu fikri Fransanın “Liberation” ("Liberasyon" oxunur-red) qəzetinin diskussiya bölməsində, Milli elmi araşdırmalar mərkəsziznin (CNRS) coğrafiyaçı eksperti, Cənubi-Şərqi Asiya üzrə mütəxəssis Mişel Brünonun yazdığı məqalədə əks olunub.
Müəllifin firkincə, Vadimir Putin və S.Tzinpin tərəfindən ərsəyə gətirilən iki fenomen Avrasiyaçılıq nəzəriyyəsini bir daha ön plana gətirib.
Bunlar Rusiyanın 2011-ci ildə qurduğu Avrasiya İqtisadi İttifaqı və Çinin 2013-cü ildə hazırladığı “Bi kəmər-bir yol” və ya “Yeni ipək yolu” layihələridir.
“Rusiya və Çin kim iki qüdrətli iqtisadi, siyasi və hərbi güc artıq sadə bir addan çox daha böyük bir anlamı ifadə edən Avrasiya məkanının formlaşdırılmasında aparıcı rol oynaycaqlar,” ekspert hesab edir.
Müəllif “Avrasiyaçılıq” hərəkatının Rusiyada 1920-ci illərdə bolşevik inqilabından sonrarus diaporası tərəfindən yaradıldığını, SSRİ dağıldıqldan sonra isə Rusiyada gündəmin ilk sıralarından birinə düşdüyünü bildirir. “Bu nəzəryiyyəyə görə “Rusiya-SSRİ” qitədəki bütün demoqrafik tərkibi, yəni avropalı slavyan-xristian və asiyalı türk-monqol-müsəlmanları bir xalqda birləşdirən yeganə imperiya dövləti olub. Bununla da qitədə yeganə avrasiyaçı xarakter ortaya qoyulub.

“Bu gün Lev Qumilyovun sosiobioloji neoavrasiyaçılığı Vladimir Putini rövnəqləndirməkdədir. Putin Qərbin dəniz dövlətlərindən fərqli olaraq çöl və qitə anlayışına böyük əhəmiyyət verir”.
Yazıda Putinin yaratdığı Avrasiya İqtisadi İttifaqının Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələri vahid iqtisadi məkanda birləşdirdiyi, bununla Moskvanın Avropa Birliyinin şərqə doğru yayılmasını qarşısını almaq, istədiyi qeyd olunub.

“Lakin Avrasiyanı struktur olaraq anlamaq üçün ilk öncə Çinə diqqət etmək lazımdır. 1990-cı illərdən bu yana Çin Yaponiyanı da ötərək Şərqi və Cənub-Şərqi Asiya ölkələrində iqtisadi böyümənin lokomitivinə çevrilib”, - məqalədə bildirlir.
Burada ÇXR sədri Si Tzinpinin 2013-cü ildə həm qitə, həm də dəniz layihəsi sayılan“XXI əsrin ipək yolu” adlı proqramı işə saldığı vurğulanır. “Bir kəmər, bir yol” isə iki hissədən ibarətir: Bu bir tərəfdən Mərkəzi Asiya, Pakistan, İran və Rusiyadan keçən dəhlizlərdən, digər tərəfdən isə Çini okeanlar vasitəsilə Afrikanın cənubundan Aralıq dənizinə qədər Cənub-Şərqi Asiya bölgəsi birləşdirən dəniz yoludur.

Artıq 65 ölkənin bu layihədə iştrak etmək arzusunda olduğu deyilir. Bunu üçün təkcə Çin sərmayəsi yox, Asiya infrastruktur sərmayələr bankı da cəlb olunur.
Müəllif Rusiya və Çindən əlavə Hindistanın da Avrasiyada müəyyən pay sahibi olmaq niyyətində olduğunu, bunun üçün rəsmi Dehlinin Yaponiyanın da dəstəyi ilə Hind okeanı ətrafında Çin layihəsinə alternativ “Asiya-Afrika böyümə dəhlizi”ni işə salmaq istəyir.

Lakin bu belə artıq materik və dəniz dövləti olan Çinnin Avrasiyanın ən böyük hissəsində öz hegemonluğunu təsbit etdirməsinə əngəl törətmir”, - müəllif sonda bildirir.
Musavat.com






