İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Jirinovski: "Azərbaycan, Rusiya və İran arasında əməkdaşlıq bütün tərəflər üçün faydalıdır"

816 20.10.2017 16:53 Siyasət A A

"Azərbaycan, Rusiya və İran prezidentlərinin istənilən görüşünü alqışlayıram. Ümid edirəm ki, üçtərəfli görüşlər əməkdaşlığın gücləndirilməsinə və yeni qarşılıqlı faydalı razılaşmalara gətirib çıxaracaq".

Bunu "Report"un Rusiya bürosuna müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycan, Rusiya və İran prezidentlərinin noybarın 1-də Tehranda keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropanın Rusiya ilə dostluq etmək niyyətindən uzaq olduğu məqamda Moskvanın cənub dövlətləri ilə əməkdaşlığı hamı üçün faydalı olacaq: "Rusiyanın texnologiyası, nəqliyyat imkanları, böyük bazarı və bunun qarşılığında Türkiyə, İran və ya Azərbaycan kimi cənub ölkələrinin bütün il boyu təmin edə biləcəyi məhsullar; bu, hamımız üçün üstünlükdür, açıq-aydın faydadır. Elə ona görə də son illərdə ölkələrimiz daha çox əməkdaşlıq edir".

O, Rusiyanın cənub ölkələri ilə tərəfdaşlığının və ya hətta ittifaqının Yaxın Şərqi "sakitləşdirə" biləcəyini vurğulayıb.

Rusiya-Türkiyə əməkdaşlığından danışan V.Jirinovski Rusiyanın həm ideoloji, həm də iqtisadi cəhətdən Türkiyəyə yaxın olduğunu bildirib: "Milyonlarla turistimiz hər il Türkiyənin kurort zonalarına gedir, Türkiyəni ən son silahlarla təchiz edirik və ümumilikdə Türkiyə hökumətinin siyasətini dəstəkləyirik. Öz növbəsində, minlərlə türkiyəli işçi Rusiyada çalışır. Rusiyada Türkiyənin bir çox tikinti şirkətləri fəaliyyət göstərir, Rusiy

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR