İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-prezident: "Hindistan və Azərbaycan arasında münasibətlər son illərdə daha da dərinləşib" - Foto

623 25.10.2019 01:50 Siyasət A A

Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısında iştirak etmək üçün bu gün Azərbaycana səfər edən Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu Azərbaycandakı Hindistan diasporası ilə görüşüb.

APA-nın xəbərinə görə, vitse-prezident M.V. Naidu Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə edib.

"Bu gün Bakıda Azərbaycandakı hind diasporu ilə görüşdən məmnunam. Bu gözəl ölkənin sosial və iqtisadi tərəqqisinə müsbət töhfə verən fəal Hindistan cəmiyyətini görməyə çox şadam. Xüsusilə çox xoşbəxtəm ki, Hindistanın tarixi sivilizasiya əlaqələri olan və eyni zamanda mədəni müxtəlifliyə hörmət kimi ortaq dəyərləri olan Azərbaycana bu tarixi səfəri etdim. "Atəşgah" məbədi ölkələrimiz arasındakı çoxillik tarixi münasibətlərin və mədəni mübadilənin gözəl bir nümunəsidir. Mənə məlumat verilib ki, bu məbədin divarlarında Devanaqari (hind əlifabası red.) işarələri də əks olunub", - deyə o bildirib.

Vitse-prezident deyib ki, son illərdə iki ölkə arasında münasibətlər daha da dərinləşib və müxtəlif sahələri əhatə edir.

"Ölkələrimiz arasında ticarətin həcmi artıb və Hindistan şirkətləri Azərbaycan iqtisadiyyatının neft və qaz sektorunda özlərinə yer tapıblar. Iki ölkə arasında mövcud iqtisadi əlaqələrin səviyyəsi öz potensialından aşağıdır. Azərbaycanın iqtisadiyyatı şaxələndikcə mən Hindistan şirkətlərinin İKT, əczaçılıq kimi sahələrdə azərbaycanlı həmkarları ilə əməkdaşlıq qurması üçün bir çox imkanları görürəm", - deyə vitse-prezident M.V.Naidu əlavə edib.

İki ölkə arasında mədəni əlaqələrə toxunan rəsmi Hindistan və Azərbaycanın hər zaman mədəniyyət sahəsində yaxından əməkdaşlıq etdiklərini vurğulayıb: “Bu il dünyanın müxtəlif yerlərində 150-ci doğum günü qeyd olunan Mahatma Qandinin fəlsəfəsi və dəyərlərinin Azərbaycanda da öyrənilməsi və maraq göstərilməsini eşitdiyimə çox məmnunam. Burada Hind musiqisinə, filmlərinə, rəqslərinə, yoqaya dəyər verirlər və sevirlər".

Hindistanın vitse -prezidenti diasporaya iki ölkə arasında canlı körpü olmağa davam etməyin vacibliyini vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR