İnsanlara hürriyət, millətlərə istiqlal!

VİRUSSUZ İDEYALAR

1367 11.06.2010 04:01 Yazarlar A A
Yəni bu ideyalardan qan analizi, sidik analizi götürür. İdeya sağlam olarsa, H1N1 virusu yoxdusa, QİÇS, xlamida aşkar edilmədisə yumruğunu stola vuraraq dərhal qərar qəbul edir. Özü də Əhməd məllim hansı toya, hansı yasa, hansı yığıncağa gedirsə qoltuğundakı papka ilə gedir. Daha dəqiq desək, papkasını sürüb gedir. Bir az da dəqiqləşdirsək deyərdim ki, o, öz tənha papkasını minib gedir.
Bəli (əyilməz vicdanın böyük heykəli), Əhməd məllim deyir ki, azadlıq fikri, azadlıq sözü, azadlıq ideyaları yalnız ona məxsusdu. O, öz partiyasını “Azadlıq” adlandıranda hələ Azərbaycanda heç kim azadlıq haqda düşünmürdü. Azadlıq sözünü, azadlıq ideyalarını Günəşli Vətənimizə ilk dəfə Əhməd Oruc gətirmişdi. Xahiş edirəm, bir az diqqətli olasınız, bu, bir taleyüklü məsələdi, adları çaş-baş salmayın, Zahid Oruc yox, bunu mütləq bilməlisiniz, Əhməd Oruc! Yəni adların bu cür oxşarlığı insanları çaşdırmamalıdı.
Əhməd məllim “Azadlıq” blokuna bəyan edib ki, təcili öz bloklarının adını dəyişməsələr onları Azərbaycan məhkəməsinə, alınmasa, Avropa Məhkəməsinə, orda alınmasa Amerika məhkəməsinə, orda alınmasa Dünya məhkəməsinə, orda alınmasa Beynəlxalq məhkəməyə, orda da alınmasa özgə planetdən gələnlərin məhkəməsinə verəcək. Özü də  artıq yadplanetlilər türkcə danışır. Bu da Əhməd məllimə daha bir üstünlük gətirir. Əhməd məllimin deyir ki, mən “Azadlıq” blokunu, tutaq ki, Avropa Məhkəməsinə versəm, dərhal məni Avropaya çağıracaqlar, fikrim var, öz papkamla bütün Avropanı gəzim, papkam qoltuğuma alıb fontanlar, heykəllər yanında kalan şəkil çəkdirim. Belə bir qələbədən sonra Əhməd məllimin həmincə qaydada “Azadlıq” radiosunu da məhkəmələrdə süründürmək fikri var. Ancaq bu, onun sonrakı planına daxildi. O, ilk olaraq “Azadlıq” blokunu çökdürmək istəyir. Qoy bilsinlər oğrunun aqibəti necə olur...
Ümumiyyətlə, bu ibrətamiz hərəkətilə Əhməd məllim xalqımızı da qəflət yuxusundan ayıltdı. Şəxsən mən sabahdan gedib məndən sonra doğulan adaşlarımın hamısını məhkəməyə verəcəm. Hansı cürətlə özlərinə mənim adımı qoyublar? Burada əsas onların valideyinləri məsuliyyət daşıyacaq. Özü də belə qarışıqlıq adama seçkiqabağı daha çox ləzzət eləyir. Onda məhkəməyə verdiyim adaşlar da qəflət yuxusundan ayılacaq. Onlar da öz hüquqlarını tələb edəcək, yuxarıdan aşağı bütün adaşlar bir-birini məhkəməyə verəcək, ölkədə yekə bir hüquqi canlanma yaranacaq. İstər-istəməz, yurdumuzdakı məhkəmələr  canlanıb ətə-qana dolacaq. Hamı bir-birindən kompensasiya tələb edəcək və insanlar qəfildən varlanaraq qəfildən dilənçi vəziyyətinə düşəcək. Həyat qaynayacaq, səmada həmişə göyqurşağı olacaq.
Biri deyəcək, gedirəm müttəhim kürsüsündə əyləşməyə, yarım saatdan sonra isə özüm digərlərini ittiham edəcəm. Biri deyəcək, bağışla, vaxtım yoxdu, bu gün ayrı-ayrı məhkəmələrdə altı nəfərin üzünə durmalıyam. O birisi deyəcək, elə mən də tələsirəm, vaxt yoxdu, təkcanıma düz səkkiz nəfəri şərləməliyəm. Biri sevinmiş çantasındakı belibağlı pulları göstərib deyəcək ki, rəqibin adı da soyadı da mənim adımdan olduğundan anasını ağladıb evini satdırdım...
Digəri  küçədə papağını qabağına qoyub deyəcək, axşamınız xeyir, əziz televiziya tamaşaçıları, adımın ucbatından hər şeyimi itirmişəm, evim əlimdən çıxıb, arvadım qaçıb, varlılar bütün adları “zanit” eləyiblər, adım olmadığından işdən də qovublar, Allah yolunda mənə yardım eləyin!.. 
“Azadlıq” bloku, Əhməd Orucdan əlini çək!!!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR