"Viktoriya" klubunun baş məşqçisi: «"Qarabağ"la bir də oynamaq istərdik» - FOTO
Musavat.com xəbər verir ki, bu sözləri “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Müdafiəmizdə bir anlıq boşluq yarandı və qol buraxdıq. Məqsədimiz ən azı 1 qol vurmaq idi. Ancaq qol buraxdıqdan sonra da öz oyunumuzu oynadıq" - deyərək sözlərinə davam edən Pivarnik, "Nəticəni ədalətli hesab edirsinizmi" sualına belə cavab verib:
"Məncə, ədalətli nəticə oldu. Çünki ilk oyunda da “Qarabağ” müdafiədə oynadı".
- “Qarabağ” bir neçə vəziyyətdə boş qapıdan topu keçirə bilmədi. Bəxtinizin gətirdiyini demək olarmı?
- Qapımıza qol vurulandan sonra biz də hücumu gücləndirdik. Bir az bəxtimizin gətirdiyini demək olar.
- "Qarabağ"dan bu cür oyun, belə azarkeş gözləyirdiniz?
- Stadionda fantastik ab-hava var idi. Bu barədə eşitmişdik. Bu gün də gördük. Çox xoşumuza gəldi. Sevinirik ki, bu cür çətin rəqiblə mübarizədən qalib ayrıldıq. Qonaqpərvərliyinizdən razı qaldıq. "Qarabağ"la bir də oynamaq istərdik.
Məhəmməd Türkmən
Fotolar müəllifindir
Musavat.com






