İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktor Orban və Şavkat Mirziyoyev Şuşada Macarıstan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsini müzakirə ediblər

602 06.07.2024 12:02 Siyasət A A

Şuşada Macarıstanın Baş naziri Viktor Orban və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında ikitərəfli danışıqlar olub.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Liderlər Macarıstan-Özbəkistan əməkdaşlığının son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini, iki ölkə arasında çoxsaylı iqtisadi layihələrin başlandığı 2021-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd ediblər”, - məlumatda qeyd edilib.

O əlavə edib ki, görüş zamanı V.Orban və Ş.Mirziyoyev ikitərəfli münasibətləri daha da gücləndirmək üçün yeni əməkdaşlıq sahələri barədə razılığa gəliblər.

İki ölkə liderlərinin görüşü yaxın saatlarda işinə başlayacaq Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR