İnsanlara hürriyət, millətlərə istiqlal!

Vikroriya Nuland: “Rusiya Ukraynaya görə daha böyük qiymət ödəməli olacaq...”

1179 18.07.2015 13:43 Son xəbər A A
Donbasda vəziyyət məcrasından çıxarsa, o zaman ABŞ Rusiyaya və separatçı Donetsk və Luqansk rejimlərinə təzyiqləri gücləndirəcək. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland bəyan edib.
“Biz aydın şəkildə anlatmışıq ki, Minsk razılaşması tam şəkildə reallaşmayınca sanksiyalar qüvvədə qalacaq. Biz həmçinin, onu da anlatmışıq ki, situasiya kəskinləşərsə, Rusiyaya təzyiqləri gücləndirməyə hazırıq” –Nuland bildirib.

ABŞ rəsmisi Ukraynaya hərbi köməyin davam etdiyini də qeyd edib: “O sırada ABŞ Kiyevə hərbçilərin hazırlanması proqramı çərçivəsində 150 milyon dollar verib”.
“Biz ümid edirik ki, tərəfimizdən edilən təzyiqlər və Ukraynanın potensialının artırılması Rusiyanın idarə elədiyi Donetsk və Luqansk qüvvələrini götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Əks halda onlar üçün bunun bədəli daha ağır olacaq” - Viktoriya Nuland əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR