VİDEOSU YAYILAN HAKİMƏ SƏRT CƏZA
Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayev ötən il noyabrın 16-da video yayıb. Videoda Elşad Abdullayevin Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevlə görüşü əks olunub. 2007-ci ilin iyulunda keçirilən görüşdə söhbət Elşad Abdullayevin 2003-cü ildə itkin düşən qardaşı Mahir Abdullayevdən gedir. Söhbətdən belə çıxır ki, Mahir Abdullayevi daxili işlər orqanları girov saxlayır və bu kontekstdə nazir Ramil Usubovun, onun müavini Vilayət Eyvazovun adları hallandırılır.
2012-ci il noyabrın 29-da Məhkəmə-Hüquq Şurası Ağababa Babayev barədə intizam icraatının başlanmasına qərar vermişdi.
65 yaşlı Ağababa Babayev 2007-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
O, 1999-2007-ci illərdə Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyib (apa.az).