İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda polis dilənçiləri saxladı, ara qarışdı - VİDEO

4317 28.09.2015 18:07 Video A A

Bir neçə gün öncə Bakının mərkəzində qarşıdurma yaşanıb. 

Belə ki, Cəfər Cabbarlı heykəlinin yaxınlığında dilənən qaraçıları polislər saxlayıblar. Hər şey də bundan sonra baş verib.

Musavat.com xəbər verir ki, bir qaraçı qadın balaca uşağı ilə birgə küçədə dilənirmiş. Polis əməkdaşları əvvəlcə uşağı götürərək, PPX-a maşınına mindiriblər. Bunun ardından dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar. 

Polislər qaraçıları maşına güclə mindiriblər. Bu zaman digər bir dilənçi qadın oraya gəlib. Hadisəni görüb və həyəcan keçirib. Halı pisləşən qadın yerə yıxılıb. Ona polis leytenantı ilkin yardım edib. Daha sonra əraziyə təcili yardım çağırılıb və qadın xəstəxanaya aparılıb. 

Dilənçilər, daha da dəqiq desək, qaraçı dilənçilər şəhər sakinlərini həddindən artıq narahat edirlər. Polis əməkdaşları onları bir yandan tutub, bölməyə aparsalar da, bir müddət sonra azad etməli olurlar. Çünki dilənçilərlə bağlı qanun yoxdur. 

Çünki Sovet vaxtı işləməyən, avaraçılıq edən şəxsə qarşı cəza nəzərdə tutulurdu. İndi qanunda belə bir maddə qeyd olunmayıb. Əgər dilənçilər məsuliyyətə cəlb olunursa bu, qanunsuzluqdur. Ona görə də, dilənçilərin sayı gün-gündən artır. 

Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR