Dövr, zaman dəyişir və insanların əxlaq anlayışları da fərqliləşir. Sosial media dövründə əxlaq, din kimi anlayışlar yeni mahiyyət kəsb etməyə başlayır. Mühafizəkarlarla yenilikçilər arasında mübarizə hər yeni gün kəskinləşir və biz bunun təzahürlərini cəmiyyətdə gedən müzakirələrdə müşahidə edirik. Xüsusən də son dövrlər tanınmışların intim videolarının yayılması iki cəbhə yaradıb.
Avropada yaşayan söyüşcül bloger Məhəmməd Mirzəlinin bacısının seks videosu, ictimai fəallar - Bəxtiyar Hacıyevlə Nərmin Şahmarzadənin intim yazışmaları, son olaraq Milli Şura sədri Cəmil Həsənlinin qızının kasetinin tirajlanması birmənalı, yeknəsək reaksiyalarla qarşılanmır.
Qanunda şəxsi həyatın toxunulmazlığına istinad edərək onları müdafiə edənlərlə yanaşı mühafizəkarlar arasında bu şəxslərin həyat tərzini əxlaqsızlıq kimi qiymətəndirənlər də az deyil. Dünya siyasətində də siyasi rəqiblərin kasetlə “vurulması” nümunələri az deyil. Lakin hər bir xalq ancaq öz kökü üzərində yüksələ bilər.
Xüsusən Şərq mentalında, təbii ki, Azərbaycan da islam-şərq qütbü hesab olunur, bu sayaq görüntülər cəmiyyət tərəfindən heç də Qərbəd olduğu kimi soyuqbaşla qarşılanmır. Yeri gəlmişkən, bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Admnistrasiyasına və digər aidi dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, “video” cinayətkarlığına aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıblar.
Müraciətə cavab olaraq bildirilib ki, “bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət iqridar münasibətlərinin normallaşması və taməhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edirlır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyədə tapşırıq verilmişdir və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb bu barədə ictimaiyyətə məlumat veriləcəkdir”.
Bütün bu və digər məsələləri, mühafizəkarlarla yenilikçilərin toqquşması, fəlsəfə və dində əxlaq anlayışları, sosial şəbəkədəki polemikaları MusavatTV-nin canlı yayınında aparıcı Emil Salamoğlunun moderatorluğu ilə yazıçı-publisist Qan Turalı ilə fəlsəfə doktoru Mail Yaqub müzakirə edirlər.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






