“VİCDAN MƏHBUSLARI BURAXILACAQ”
E.Fətullayev deyir ki, daha sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışı zamanı Azərbaycanın Prezident Administrasiyasının vicdan məhbuslarının hamısının azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı tövsiyələrinin olduğunu qeyd edib. O, daha sonra bildirib ki, bu barədə Avropa Şurasının müvafiq qurumlarına yazılı müraciət olunub.
E.Fətullayev deyir ki, dinləmələr zamanı “Artikl 19", ”Norveç İnsan Haqları", “Açıq Cəmiyyət İnstitutu” və rəhbəri olduğu “İnsan Haqları Uğrunda” İctimai Birliyi vicdan məhbusları ilə bağlı beynəlxalq təşkilat qrupuna daxil edilib: “Hüquq müdafiə təşkilatlarının rəhbərlərinin vicdan məhbusları ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşü oldu. 17 məhbusun azadlığa buraxılması komitənin mart ayında Parisdə keçiriləcək növbəti iclasında da müzakirə olunacaq. Həmçinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserinn ölkəmizə buraxılması gündəmə gələcək”.
E.Fətullayevin sözlərinə görə, görüşlər zamanı ona Azərbaycandakı siyasi məhbuslar barəsində suallar verilib. Hüquq müdafiəçisi bildirib ki, bu gün Avropa Şurasının Nazirlər Komitəsinin 10 səfiri ilə görüşləri olacaq. Görüş zamanı əsas müzakirə mövzusu Fərhad və Rafiq Əliyev qardaşları ilə bağlı məhkəmə qərarının icrası olacaq.