İnsanlara hürriyət, millətlərə istiqlal!

Veteranların adına olan torpağı alan şəxs hər şeyi etiraf etdi - dələduzluq işi

672 03.05.2018 12:24 Kriminal A A

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il Məhəmməd Vəliyev və 1961-ci il Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Məhkəmədə şahid Ayaz Əmirov dindirilib. Şahid söyləyib ki, 2006-cı ildə 2 sot torpaq alıb. Şahidin ifadəsindən məlum olub ki, heç bir müharibə iştirakçısı olmadığı halda cəmiyyət üçün ayrılan torpaqdan ala bilib. Amma öz adına yox.

"Torpağı Cavan Əhmədovdan almışam. Bir makler vasitəsi ilə tapdım onu. Torpaq almağa getmişdim. Makler həmin yerin sahibinin Cavan Əhmədov olduğunu dedi. Mən də onunla görüşdüm. Cavan müəllim dedi ki, mənə torpaq verə bilməz. Amma ya Qarabağ veteranı, ya da şəhid ailəsi olsa, ona verə bilər. Mən də iş yoldaşım Şirxan Əhmədovdan xahiş elədim. O veteran idi. Onun adına aldım"- deyən şahid sənədləşdirmə işlərinin necə aparıldığını da danışıb.

Söyləyib ki, Şirxan Əhmədovun sənədlərini Cavan Əhmədova verdikdən sonra bütün işləri o həll edib: "Şirxan mənə etibarnamə verdi. Sonra torpağı öz adıma keçirdim. Pulu da Cavana verdim. 10 ildən artıq vaxt keçib. Sonra mənə prokurorluqdan zəng elədilər. Burada dediklərimi orada da ətraflı demişəm".

Məhkəmədə şahid qismində adına torpaq alınan Şirxan Əhmədov da ifadə verib.

O deyib ki, tanışı Ayaz Əmirova sənədlərini verib və sonra olanlardan xəbərsizdir: "Sonra nə olduğunu bilmirəm, torpaq alıblarmı, necə alıblar, kimdən alıblarsa bunları bilmirəm".

Məhkəmə prosesi mayın 7-də davam edəcək.

Bildirək ki, Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Veteranlara ayrılan torpaq sahəsi onlara sarılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblır.

 

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR