Vətəndaşlardan FHN-ə işə düzəltmək adı ilə pul alan qadına 6 il cəza
Vətəndaşların etibarından sui-istifadə edərək onları FHN-ə işə düzəldəcəyini deyərək külli miqdarda pul alan qadına hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Yarəhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və S.Yarəhmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, S.Yarəhmədova əvvəllər də məhkumluq həyatı yaşayıb. O, daha əvvəllər də bir neçə nəfəri aldadar iş düzəldəcəyi vədini verərək külli miqdarda pul alıb. Sonuncu dələduzluq əməli isə FHN-ə işə adam düzəltməklə bağlı olub.
Qeyd edək ki, S.Yarəhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.
İ.Muradov
Musavat.com






