İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlar prezidentin çıxışını necə qiymətləndirdi: Məmurlar yerli mal alsınmı? - VİDEOSORĞU

3713 27.01.2016 22:18 Ölkə A A

Ölkə başçısının yanvarın 26-da keçirilən, 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının gedişinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər əhalinin əksər hissəsi tərəfindən müsbət qarşılanıb. 

Belə ki, prezident çıxışında məmurları yerli avtomobil  olan və Naxçıvanda istehsal olunan “NAZ Lifan” avtomobillərindən, eləcə də kabinetlərində ölkə daxilindəki mebel sexlərində yığılmış mebellərdən istifadə etməyə çağırıb.
 
Dövlət başçısının səsləndirdiyi fikirlərin cəmiyyətdə hansı  rəy yaratdığını öyrənmək üçün musavat.com paytaxt sakinləri  arasında sorğu keçirib. Prezidentin çıxışında toxunduğu bir sıra məqamları dəyərləndirən respondentlər məmurların yerli istehsal mallarından istifadə etməsini yaxşı ideya adlandırıblar. 
 
Səbinə adlı başqa bir respondent isə bildirdi ki, ölkə başçısının fikirlərini çox müsbət qarşılayıb: “Məmurlar yerli mallardan istifadə etsə yaxşı olar. Gərək biz öz məhsulumuza qiymət verməyi bacaraq. Bizim evdə də “Embowood”un mebelləridir, çox da keyfiyyətlidir”. 
Başqa bir sorğu iştirakçısı isə deyir ki, yerli istehsala marağı gücləndirməyin əsas yolu onu maksimum keyfiyyətli və ucuz etməkdir. 

Demək olar ki, əksər respondentlər məmurların yerli mallara üstünlük verməsinin ölkənin gəlirlərinin artması baxımından müsbət qiymətləndirib. 
 Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Məğrur Mərd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR