Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə vaksinasiya prosesini sürətləndirmək məqsədilə sentyabrın 1-dən əksər ictimai yerlərə, xidmət və iaşə sektoruna, təhsil müəssisələrinə 18 yaşından yuxarı peyvəndsiz şəxslərin girişini yasaqladı.
Nəticədə peyvəndə inanmayan, könüllü vaksin olunmaq istəməyənlər arasında bəzi yollara əl ataraq saxta peyvənd pasportu almağa cəhd edənlər oldu. Bütün bu hadisələrin fonunda hüquq-mühafizə orqanlarının aşkarladığı faktlar üzrə səhiyyə işçiləri həbs edildi.
Bizə isə maraqlıdır ki, cəmiyyətdə peyvəndlə bağlı ictimai rəy necədir? İnsanların hansı şübhələri var, vaksin olunacaqlarmı? Sentyabrdan başlayacaq qadağalarla bağlı nə düşünürlər?
Bu suallarla paytaxt sakinləri arasında sorğu keçirdik. Bir-birindən fərqli cavabları aşağıdakı videodan izləyə bilərsiniz.
Alim Liftiyev
Elçin Əkbərov
Musavat.com






