Vətəndaşlar növbəti parlamentdə kimləri görmək istəyir? - VİDEOSORĞU
Avropa Oyunları həyəcanı fonunda nə qədər unudulsa da , bu il parlament seçkiləri ilidir. Artıq bir çox partiyalar namizədlərini müəyyənləşdirmək üçün müzakirələrə başlayıb. Səssiz şəkildə də olsa seçkilərə hazırlıq prosesi davam edir. Bəs, görəsən cəmiyyətdə seçki ab-havası yaşanırmı? Vətəndaşlar parlament seçkilərindən nə gözləyirlər? Növbəti parlamentdə kimləri görmək istəyilər?
Musavat.com bu suallara aydınlıq gətirmək üçün şəhər sakinləri arasında sorğu keçirib. Sakinlərdən bəziləri hazırki parlament üzvlərini belə tanımadıqlarını və növbəti seçkilərdən də heç bir gözlənitilərinin olmadığını bildiriblər. Bəziləri isə hazırki millət vəkillərindən bir neçəsini yenidən parlamentdə görmək istədiyini deyib. Seçkilərə laqeyd yanaşanlar, siyasətlə maraqlanmadığını deyənlər də istisna olmayıb.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
Məğrur Salmanov






