İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün əsirlərin dəyişdirilməsini istədi... VİDEOSOĞU  

1218 06.10.2019 00:25 Ölkə A A

Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı məsələsi növbəti dəfə gündəmə gəlib. Rusiya xarici işlər naziri Sergey Lavrov “Valday” diskussiya klubunun XVI sammitində çıxışı zamanı zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

Bir neçə gün öncə isə AŞPA iclasında Azərbaycan nümayəndə heyəti girovların azadlığı məsələsini qaldırmışdılar.

Avropa Şurasının baş katibi də Dilqəm Əsgərov və Şahbaz Quliyev probleminin Baş Katibliyin gündəliyində olduğunu bildirmişdi. Oktyabrın 3-də isə AŞPA binası qarşısında Dağlıq Qarabağda ermənilərin girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib.

Bəs görəsən, vətəndaşlarımız Erməni əsirliyindəki həmyerlilərimizi xatırlayırlarmı? Onların azad olunması üçün hansı çıxış yolu təklif edirlər?

Musavat.com olaraq bu suallarla paytaxt sakinləri arasında sorğu keçirdik.

Respondentlərin maraqlı cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR