İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs hakim qarşısında

785 20.11.2018 18:03 Son xəbər A A

Sabiq polis əməkdaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Sərxan Sadıqov "Bakı Metropoliten"ində polis əməkdaşı vəzifəsində çalışıb.

Məlumata görə, o, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə istədikləri setiyada maşın nömrəsi alacağını vəd edib. Bu əməli ilə həmin şəxslərə 17 min manata yaxın ziyan vurub.

Həbs edilən S.Sadıqov Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR