İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vətəndaşı çağırıb 20 qoyun verməklə iş bitmir" - İqtisadçı Bakıya axından danışdı - VİDEO

1706 01.04.2023 10:08 Müsahibə A A

Son illər bölgələrdən Bakıya axınla bağlı şikayətlər artsa da, bu prosesin qarşısının alınması yönündə ciddi tədbirlər nəzərə çarpmır. Vəziyyət o həddə çatıb ki, ucqar kəndlərdə yaşayanlar öz evlərini tərk edir, paytaxtda kirayələrdə yaşamağa üstünlük verirlər. Hazırda bölgələrimizdə elə kəndlər var ki, orada bir, ya iki ailə yaşayır. Kəndlilər köçün səbəbini ilk olaraq işsizliklə əlaqələndirir, ən əsası da bölgələrdə kənd təsərrüfatı ilə, maldarlıqla məşğul olmağın mümkünsüz olduğunu bildirirlər.

Bəs görəsən, bu vaxtadək qəbul olunan dövlət proqramları niyə effket vermir? İnsanları öz dədə-baba yurduna qaytarmağın alternativ yolları varmı?

Yeri gəlmişkən, bir neçə gün öncə Zərdab rayonunun Çallı kənd sakini Süleymanov Əkbər Sabir oğlu üzərinə benzin tökərək özünü yandırıb. Məluamata görə, Əkbər Süleymanov özünə məxsus pay torpağı səhəsində pambıq əksə də, bir müddətdir su qıtlığına görə əkini suvara bilməyib. Onun məsul şəxslərə etdiyi müracətlər cavabsız qaldığına görə intihar etmək qərarına gəlib.

İqtisadçı-ekspert Eyyub Kərimli "TV Müsavat"ın qonağı olub, yaranan bu və digər problemlərlə bağlı suallarımızı cavablandırıb.

Musavat.com həmin müsahibəni təqdim edir:

Afaq Mirayiq,
Elçin Əkbərov,
Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR