İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergilər Nazirliyi 255 minlik mülki iddiası- "Rabitə işi"nin məhkəməsi

840 25.11.2016 13:16 Son xəbər A A
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Notabrın 25-də keçirilən məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, nazirlik əməkdaşlatından bir neçəsinin müdafiəsinə yeni vəkillər qoşulub.

Məhkəmədə təqsirləndirilən Səhrab Hümbətovun vəkili Vidadi Məmmədov müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış edib.

Prokuror Fərid Nağıyev vəsatət münasibət bildirərək, həbs qətimkan tədbirinin dəyişdirilməsinin tərəfdarı olmadığını deyib. Prokuror bildirib ki, S.Hümbətovun cinayət əməllərini sübut edən kifayət qədər sübutlar var.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin edilmədiyini açıqlayıb.

Hakim Əfqan Hacıyev prosesdə onu da qeyd edib ki, mülki iddia ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən başqa Vergilər Nazirliyi də çıxış edir. 

Hakim qeyd edib ki, Vergilər Nazirliyi “Rabitə Mülki Tikinti” MMC-yə qarşı 255 min manatlıq mülki iddia qaldırıb.

Bildirək ki, adı çəkilən MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəssisələrində təmir-tikinti işlərini icra edib.

Prosesin davamında prokuror ittiham aktını elan edib. Vidadi Zeynalov və digər 10 vəzifəli şəxsin hansı cinayət əməllərini törətdiyi məhkəmə zalında elan olunub.

İttiham aktı elan olunduqdan sonra təqdirləndirilənlərdən sabiq aparat rəhbəri Vidadi Zeynalovun özünü yəqdirli bilib-bilmədiyi soruşulub.

V.Zeynalov özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmə prosesində fasilə elan olunub.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR