İnsanlara hürriyət, millətlərə istiqlal!

VERGİDƏN YAYINAN ŞİRKƏT RƏHBƏRİ HƏBS EDİLDİ

943 02.10.2010 09:05 Kriminal A A
Əliyev Rövşən Süleyman oğlu “AZ.SV” ilə yanaşı ayrı-ayrı şəxslərin adına təsis olunmuş daha 2 şirkətin - “STS GROUP” və “World Sistem İ” MMC-lərin fəaliyyətinə də faktiki rəhbərlik edərək bir qrup şəxslə cinayət əlaqəsinə girib və külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırıb.
Vergi Məcəlləsinin tələbləri pozulmaqla “STS GROUP” və “World Sistem İ” MMC-lər üzrə 2009-cu il üçün mənfəət vergisinin bəyannamələrinin, “AZ.SV” MMC üzrə isə 2009-cu il üçün mənfəət vergisinin və 2010-cu ilin yanvar-fevral ayları üçün Əlavə Dəyər Vergisinin bəyannamələrinin vergi orqanına təqdim edilməməsi və dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə əlaqədar R.Əliyevə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai araşdırma davam etdirilir.
Qeyd edək ki, R.Əliyev əvvəllər də Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə məhkum olunub (milli.az).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR