İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergidən yayınan şirkət rəhbəri beynəlxalq axtarışa verilib

2200 08.08.2015 14:17 Son xəbər A A
Azərbaycan vergidən yayınan daha bir iş adamını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 52 yaşlı Azər Rəhimov Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə ittiham olunur. A. Rəhimov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
 
APA-nın əldə etdiyi məlumata görə, A. Rəhimov “Energo Kompleks” MMC-nin rəhbəri olub. O, külli miqdarda vergidən yayındığı üçün Azərbaycandan qaçıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR