İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi orqanlarının 7 günlük iş rejiminə keçməsi sahibkarların xeyrinədirmi?

2342 05.11.2015 22:50 Sosial A A

Ölkə prezidentinin sahibkarların hüquqlarının müdafiəsi üçün atdığı sərt addımlardan sonra vergilər naziri Fazil Məmmədov 7 günlük iş rejiminə keçdi. 7 günlük iş rejimi prezidentintin hüquqlarını qoruduğu sahibkarlara qarşı vergi işçilərinin gücləndirilmiş iş rejiminə keçməsi ilə müşayət olundu.Buna lüzum varıydımı? Xırda və orta sahibkarlığın inkişafını əngəlləməklə aylıq qazanclarının 80 faizini partnyorluq sazişi və ya "aylıq " adı altında vergi ödənişlərinə məcbur edən vergilər naziri öz işçilərini sözün əsl mənasında sahibkarlardan qanunsuz aylıq  ödənişlərə 30 faiz artım etməklə  büdcəni doldurmağa səfərbər edib.

Prezidentin sahibkarlığın inkişafı ilə  əlaqədar planlarına əslində mane olan Vergilər naziri həm də "büdcəni doldurmaq" naminə çox sayda obyektlərin bağlanmasına səbəb olur. Plan naminə obyektlərin hədsiz yüklənməsi və Vergilər Məcəlləsinin əksinə olaraq rübdə vergi ödəyən sadələşdirilmiş vergi ödəyiciləri aylıq ödənişlər etməyə məcbur edilir.

Aylıq ödənişlərə 30 faiz artım etməklə heç bir əsas olmadan büdcəyə ödənişlər tələb olunur. Sıravi vergi işçiləri bu işləri görməyə məcbur edilir,əks halda işdən çıxarılacağı ilə hədələnir və 7 günlük, 17 saatlıq vergi işçilərinin gücləndirilmiş iş rejimi  prezidentin sahibkarlığın inkişafı ilə bağlı yumşaldılmış siyasəti ilə tərs mütənasibdir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR