İnsanlara hürriyət, millətlərə istiqlal!

VERGİ ƏMƏKDAŞLARI İŞ ADAMLARINDAN İLLİK “HAQQ” YIĞIR

1528 08.12.2012 09:28 İqtisadiyyat A A
İş adamının sözlərinə görə, artıq bir neçə ildir Vergi Auditi Departamenti dekabr ayında sahibkarlardan tipik reketlər kimi haqq yığır: “Hətta bütün dövriyyəsini qanuniləşdirən, qara mühasibatlıqdan istifadə etməyən iş adamlarından da təzminat tələb edilir. Belə sahibkarlara bildirilir ki, vergidən yayınmaq istəsələr buna göz yuma bilərlər, ancaq təzminat mütləq verilməlidir. Buna müqavimət göstərən iş adamları isə vergi auditorlarının hədələrinə məruz qalırlar. İş adamları ”külli miqdarda vergidən yayınmaya görə barələrində cinayət işinin açılacağı" və yaxud “iri məbləğli cərimələrlə” təhdid edilir. Bazarlığın da ciddi nəticələri olmur, tanışlıq, xahiş-minnət sayəsində tələb edilən məbləğin yalnız 5-10 faizi güzəşt edilir".
Sahibkar bildirir ki, əvvəlki illərdə təzminat nağd şəkildə tələb edilirdi: “İndi isə tələb edilən məbləğin xüsusi hesablara köçürülməsi tapşırılır. Özü də vergi auditorları istisnasız olaraq bütün müəssisələrdən təzminat yığırlar. Hətta yüksək səviyyədə çətiri olan müəssisələr vergi auditorlarının tələbindən imtina edə bilmirlər. Onların himayədarlarının müdaxiləsi də heç bir effekt vermir. Bu təzminatlara dözməyən onlarla müəssisə fəaliyyətini dayandırmağa, bizneslərini qonşu ölkələrə köçürməyə məcbur olur”.
Təzminatın niyə nağd şəkildə yox, xüsusi hesablara köçürülmə vasitəsilə alınmasının səbəblərinə gəldikdə isə bunun izahı sadədir. Birincisi, vergi auditorları sahibkarların Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyi təqdirdə, faktı sübut etmək mümkün olmasın. Nağd ödənişdə bu, asanlıqla sübuta yetirilir - şikayətçiyə xüsusi nömrələnmiş pullar verilir ki, qarşı tərəfə təqdim etsin və rüşvətxor məmur yaxalananda bu pullar danılmaz fakt olur. İkincisi yığılan təzminatların itkisiz şəkildə vahid kassaya daxil olması təmin edilir. Bu fakt onu göstərir ki, Vergi Auditi Departamentinin auditorlarının təzminat yığma əməliyyatları özfəaliyyət yox, mərkəzləşdirilmiş, Vergilər Nazirliyinin rəhbərliyi səviyyəsində himayə edilən prosesdir. Bu, həm də korrupsiyanın mərkəzləşdirilməsi deməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR