İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuelanın 16 ştatında elektrik kəsilib

290 23.07.2019 04:42 Dünya A A

Karakasın bir neçə bölgəsində və Venesuelanın 16 ştatında qəza baş verib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə El Nacional qəzeti məlumat yayıb.

Bildirilir ki, qəza bazar ertəsi günortadan sonra olub. Venesuela Milli Elektrik Korporasiyası qeyd edir ki, hazırda Karakasın bir neçə rayonu qəza səbəbindən işıqsız qalır.

Eyni zamanda Miranda və Sukre əyalətlərinin bir neçə bölgəsində elektrik enerjisi ilə bağlı problemlərin olduğunu bildirilib.

Hazırda elektrik enerjisinin ən qısa müddətdə bərpa olunması işləri aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR