İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela həbsxanasında baş vermiş qarşıdurmada ölənlərin sayı 29-a çatıb 

343 25.05.2019 09:35 Dünya A A

Venesuelanın şimal-qərbində yerləşən Portuqesa ştatının Akariqua şəhərindəki həbsxanada baş vermiş qarşıdurmada ölənlərin sayı artaraq 29 nəfərə çatıb.

ONA xəbər verir ki, belə bir məlumatı “El Nacional” qəzeti yayıb. Daha əvvəl 23 nəfərin öldüyü deyilirdi.

Hadisə nəticəsində xəsarət alan penitensiar xidmət əməkdaşlarının sayı da 14 nəfərdən 19 nəfərə çatıb. Yerli rəsmi dairələr insidentlə bağlı hələlik bir açıqlama verməyib.

***

Venesuelanın şimal-qərbində yerləşən Portuqesa ştatının Akariqua şəhərindəki həbsxanada baş vermiş qarşıdurmada azı 23 məhbus ölüb.

ONA xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, həbsxanada vəziyyətin nizamlanması üçün milli polis qüvvələri cəlb olunub. Qarşıdurmanın səbəbləri hələlik açıqlanmır.

Nəşr bildirir ki, 23 nəfərin hamısı güllə yarasından ölüb. Həmçinin azı penitensiar xidmətin 14 əməkdaşı xəsarət alıb.

ONA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR