Venesiya Komissiyasına göndərilən “Diffamasiya haqqında” Qanun etirazla qarşılanıb
Bəyanatda bildirilir ki, MHİ və RATİ ATƏT-in Bakı Ofisinin təşkilatçılığı və vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə hazırlanmış “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsinin ifadə azadlığı üçün önəmli maddələri çıxarıldıqdan sonra beynəlxalq ekspertiza üçün Venesiya Komissiyasına göndərilməsindən ciddi narahatdır. Diffamasiya qanunvericiliyi böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunmasını nəzərdə tutmalı, ifadə azadlığını əsassız və qeyri-adekvat müdaxilələrdən qorumaq üçün mülki cəzaların dəqiq çərçivəsini müəyyən etməlidir.
MHİ və RATİ Azərbaycan Respublikası Prezident Administrasiyasının Venesiya Komissiyasına təqdim etdiyi qanun layihəsinin qeyd olunan testlərə cavab vermədiyini vurğulayır: “Prezident Administrasiyasına təqdim olunmuş layihə mətni ilə Venesiya Komissiyasına göndərilən mətnin araşdırması göstərir ki, hökumət vətəndaş cəmiyyəti qurumlarının hazırladığı qanun layihəsi təklifinə layihə təklifinin müəllifləri ilə müzakirə aparmadan ciddi redaktələr edib. Cinayət Məcəlləsinin böhtan və təhqirə görə ağır cəzalar nəzərdə tutan müddəalarının Məcəllədən çıxarılmasını və vurulmuş mənəvi zərərə görə müəyyən edilən kompensasiyaların hədlərini müəyyən edən maddələrdən aşağıdakı müddəalar ”Diffamasiyadan müdafiə haqqında" qanun layihəsinin mətnindən çıxarılıb:
Maddə 2. Diffamasiyadan müdafiə haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi
2.3. Bu Qanunun heç bir müddəası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrlə qorunan və ya ifadə azadlığı ilə bağlı hamılıqla qəbul edilmiş hüquq, azadlıq və təminatların məhdudlaşdırılması kimi şərh oluna bilməz.
Maddə 14. Zərərin əvəzinin ödənilməsi
14.2. İddiaçı ona vurulmuş mənəvi ziyanın əvəzi kimi düzəliş və (və ya) cavabı yetərli hesab etməsə, cavabdehdən pul kompensasiyası ödəməsini tələb edə bilər. Mənəvi ziyana görə kompensasiyanın məbləği, başqa növ mülki hüquq pozuntularının vurduğu mənəvi zərərə görə təsbit edilmiş kompensasiya məbləğindən artıq ola bilməz. Hər bir halda, mənəvi zərərə görə kompensasiyanın məbləği minimum əmək haqqının 5 mislindən çox ola bilməz.
Maddə 15. Diffamasiyaya görə cinayət məsuliyyətinin yolverilməzliyi
15.1. Bu Qanunun qüvvəyə minməsi ilə Azərbaycan Respublikasında diffamasiyaya görə cinayət məsuliyyəti ləğv edilir.
15.2. Bu Qanunun qüvvəyə minməsi ilə birlikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 323-cü maddələri qüvvədən düşür".
MHİ və RATİ qeyd edir ki, Cinayət Məcəlləsinin böhtan və təhqirə görə ağır cinayət cəzaları nəzərdə tutan 147, 148 və 323-cü maddələri defamativ məzmuna görə qeyri-adekvat maddi təzminatların ödənilməsini müəyyən edən məhkəmə təcrübəsi ilə birlikdə Azərbaycanda jurnalistlərin ifadə azadlıqlarının boğulması üçün əsas vasitələr olaraq qalmaqdadır. Hökumətin Venesiya Komissiyasına təqdim etdiyi layihədə lengıtim məqsədlərə proporsional sayıla bilməyən sanksiyalara yol açan bu maddələrin ləğvinin nəzərdə tutulmaması ölkə Konstitusiyasına, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixdə imzaladığı “Milli fəaliyyət proqramı”na ziddir, Avropa İnsan Haqları Konvensiyasının tələbləri, Avropa Şurasının və Avropa Məhkəməsinin ifadə azadlığı standartları ilə bir araya sığmır, Azərbaycanda ifadə azadlığına cidndi təhlükə doğurur.