VENESİYA KOMİSSİYASI SİYASİ PARTİYALARLA BAĞLI QANUNU TƏNQİD ETDİ
VK-dəki mənbələrin “Turan”a verdiyi məlumata görə, düzəlişlər hələ 2004-cü ildə verilmiş tövsiyələr, yəni beynəlxalq və regional sənədlər və standartlar, xüsusən Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, birləşmək hüququna zəmanət verən İnsan Hüquqları üzrə Avropa Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin bu sahədə, o cümlədən siyasi partiyaların maliyyələşdirilməsi üzrə prioritetlər müəyyən edən məhkəmə təcrübəsi və bir sıra digər sənədlər fonunda qiymətləndirilir.
Venesiya Komissiyasının 2004-cü ildə həyata keçirdiyi ekspertiza zamanı aşkar edilmiş bir sıra problemlər nəzərə alınmayıb. Buraya korrupsiyanın aradan qaldırılması məqsədilə görülən tədbirlərin səmərəsizliyi və həmkarlar ittifaqları arasında ayrı-seçkilik mümkünlüyü daxildir.
Üçüncü tənqid əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcrid edilməsi ilə bağlıdır. Həmçinin konstitusiya quruluşuna zidd əməllər törətməməyi tələb edən düzəliş şübhə doğurur, bu, dinc yolla konstitusiyaya fundamental düzəlişlər tələb edən partiyaların qeydiyyatından imtina və ya buraxılması üçün istifadə oluna bilər.
“Qanuna düzəlişlər bu problemləri azaltmadı, əksinə, böyütdü və bu arqument qanun layihəsinin dövlətin konstitusiya quruculuğunda dinc yolla dəyişiklik etmək istəyən siyasi partiyanın yaradılmasını qadağan edəcək. Bu qadağa Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində müəyyən edilmiş prinsiplərə ziddir. Siyasi partiyaların üzvlərinin minimal sayının 1000-dən 5000-ə qədər artırılmasının nəzərdə tutulması əsassızdır. Bu, etnik azlıqları təmsil edən və onların hüquqlarını müdafiə edən siyasi partiyaların yaradılmasını çətinləşdirə bilər. Siyasi partiyaların buraxılması ilə bağlı düzəliş qanunların riayət olunmasını hansı icra hakimiyyəti orqanının təmin edəcəyini dəqiqləşdirmir.
Bu orqan qərəzsiz olmalı və hökumətdən asılı olmamalıdır. Buraxılma ilə bağlı bəzi müddəalar qeyri-proporsional tətbiq olunur".
Venesiya Komissiyasından başqa, Azərbaycanın vətəndaş cəmiyyəti və müxalifət partiyaları da təklif olunan düzəlişləri kəskin tənqid edib.