İnsanlara hürriyət, millətlərə istiqlal!

VƏKİL “YENİ MÜSAVAT”ın BANK HESABI İLƏ BAĞLI İZAHAT VERDİ

633 07.11.2012 09:28 Media A A
Qərara əsasən, “Azadlıq” qəzetindən tutulan 4 min 200 manat Buzovna qəsəbəsindəki Ruhi-Əsəb-Əlil Qocalar Evinin hesabına köçürülməlidir. Anar Məmmədov 2010-cu ildə “Azadlıq”ı Qəbələ rayonunda ayı kəsdirib yeməsindən bəhs edən yazıya görə məhkəməyə vermişdi.
Eyni iddia və qərar “Yeni Müsavat”la bağlı çıxarıldığı üçün analoji müqayisə də yaranır: qəzetimizin bank hesabına həbs qoyulubmu?
“Yeni Müsavat” qəzetinin vəkili Vaqif Hüseyn bizə açıqlamasında bildirdi ki, bank hesabımıza hər hansı həbs qoyulmayıb. Müsahibimizin sözlərinə görə, buna səbəb daha öncədən aparılan hüquqi prosedurlardır: ""Yeni Musavat" qəzeti icra sənədindəki qüsurları göstərərək Nizami Rayon İcra Şöbəsini məhkəməyə verib. Bundan əlavə, “Yeni Müsavat” qəzeti icra şöbəsinin məhkəməyə verilməsi ilə əlaqədar icraatın dayandırılması ilə bağlı həmin şöbəyə məktub göndərib. “İcra haqqında” Qanunun 17-ci maddəsinə görə, belə olan halda icra dayandırılmalıdır. Bizdə olan məlumata görə, “Azadlıq” qəzeti Yasamal icra şöbəsini eyni arqumentlərlə məhkəməyə verib. Amma onların bu barədə müvafiq məktubunun texniki səbəblərdən icra şöbəsinə verilməsi gecikib. Yəqin ki, buna görə icra şöbəsi “Azadlıq” qəzetinə münasibətdə bir qədər tələskənliyə yol verib".
V.Hüseyn dedi ki, istənilən halda “Azadlıq” qəzetinə qarşı icra dayandırılmalıdır. Müsahibimiz hesab edir ki, hüquqi prosedurlar bu icraatın dayandırılmasını tələb edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR